Modern.az

“Jurnalistlərin dostu” mükafatının təqdimat tarixi bəlli deyil

“Jurnalistlərin dostu” mükafatının təqdimat tarixi bəlli deyil

Təhsil

3 Oktyabr 2013, 17:10


“Çox güman ki, “Jurnalistlərin dostu” mükafatının təqdim olunma mərasimi baş tutacaq, amma mərasimin dəqiq vaxtı haqqında nəsə deyə bilmərəm”. Bunu Modern.az-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.                                                                                                                              

Əflatun Amaşov daha sonra “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi  sorğuya toxunaraq “Bu sorğu sentyabr ayında təqribən 100-ə yaxın KİV-i arasında keçirilib. Ümumiyyətlə, bütün KİV-i, yəni gündəlik və həftəlik qəzetlər, informasiya agentlikləri, televiziya və radioları əhatə edir. Onların hamısı Azərbaycan ictimai fikrinə təsir edən KİV-dir”-deyə vurğulayıb.                         

Xatırladaq ki, builki sorğunun nəticələrinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Jurnalistlərin dostu” elan olunub.

Namidə BİNGÖL

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?