Modern.az-ın məlumatına görə, bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Toplantıda səsvermə prosesində aşkarlığın daha geniş təmin edilməsi məqsədilə seçki məntəqələrində veb-kameraların istifadəsi təcrübəsinin tətbiqinə dair məlumat verilib.
MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, quraşdırılan veb-kameralar builki prezident seçkilərində məntəqələrin 20 faizini, habelə 119 seçki dairəsini əhatə edəcək. Yəni ümumilikdə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq.
Çıxış edən MSK üzvü Validə Kazımova qeyd edib ki, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli MSK-ya müraciət edərək Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdən şikayət edib. V. Kazımova sözlərinə görə müraciət kifayət qədər araşdırılıb:
“Hafiz Hacıyevin fikirlərində təhqir elementləri var. Amma bu, namizədliyin ləğvinə əsas yaratmır. Seçki Məcəlləsinin müvafiq maddəsinin tətbiqi burda mümkün deyil. Yaxşı olar ki, Cəmil Həsənli bu ittihamla məhkəmələrə müraciət etsin”.
Modern.az