Türkiyədə əsgərlik müddəti azaldılacaq. Modern.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə baş nazir Rəcəb Tayyib Ərdoğan açıqlamasında bildirib.
Ərdoğan qeyd edib ki, Türkiyədə hərbi xidmət müddətinin azaldılaraq 18 aydan 12 aya endirilməsi planlaşdırılır.
"Əsgərlik müddətinin azaldılması ilə bağlı Silahlı Qüvvələr, Baş Qərargah və Müdafiə Nazirliyi ilə həmfikirik. Əsgərlik müddəti azaldılacaq. Müddət 12 ay olacaq. Qısa müddətli hərbi xidmət isə əvvəlki kimi saxlanılacaq".
Modern.az