Modern.az

Mais Səfərli seçki kampaniyasının gedişini qiymətləndirdi

Mais Səfərli seçki kampaniyasının gedişini qiymətləndirdi

Təhsil

4 Oktyabr 2013, 10:07


“Seçkilərin geridə qalan hissəsi göstərdi ki, Azərbaycan xalqı seçkilərə çox böyük önəm verir. Bütün cəmiyyətin fəallığı müşahidə olunur”. Bunu Modern.az-a açıqlamasında Yurddaş Partiyasının sədri Mais Səfərli deyib. O bildirib ki, seçicilərin aktivliyi demokratiyanın göstəricisidir.

M. Səfərlinin sözlərinə görə, xalq hakimiyyətin mənbəyi olmağının əyani şahidi olur. “Seçkilərin azad, demokratik, ədalətli keçirilməsi üçün bütün imkanlar mövcuddur. Artıq icra hakimiyyəti orqanlarının seçki proseslərinə müdaxilə hallar sıfıra enib”.

Partiya sədri deyib ki, hazırda müxalifət partiyaları seçki kampaniyalarına müdaxilə ilə bağlı bəyanat vermirlər. “Əvvəlki illərdən fərqli olaraq indi təzyiqlərlə bağlı bəyanatlara rast gəlmək olmur. Müxalifət özü azad, sərbəst şəkildə istədiyi yerdə görüşlər və mitinqlər keçirə bilir. Bu onu göstərir ki, Azərbaycanda demokratik seçki ənənəsi formalaşıb. Hazırkı seçki marafonunu demokratik ölkələrə xas şəkildə bir kampaniya kimi qiymətləndirirəm”.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?