Bu gün “Bizim Yol” qəzetinin əməkdaşı və “Moderator.az” saytının direktoru Pərviz Həşimlinin apelyasiya şikayəti üzrə məhkəməsi keçirilib.
Səbail rayon Məhkəməsində keçirilən prosesdə jurnalist Pərviz Həşimli barəsində çıxarılmış 2 aylıq həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatətə baxılıb.
Məhkəmə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatəti təmin etməyib.
Modern.az