Modern.az

Lavrovun nümayəndəsi İrəvana gedəcək

Lavrovun nümayəndəsi İrəvana gedəcək

Dünya

15 Fevral 2024, 00:28

Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayev hazırda Bakıdadır və azərbaycanlı tərəfdaşlarla sülh müqaviləsi mövzusu ilə bağlı müzakirələr aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.

 

O, Xovayevin yaxın vaxtlarda İrəvana səfər edə biləcəyini qeyd edib.

 

Xatırladaq ki, Xovayev Bakıda Azərbaycan xarici işlər naziri vəzifələrini icra edən Ceyhun Bayramovla görüşüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə