Modern.az

Rusiya XİN İrəvanın Qərbə yönəlməsindən narahatdır? - Qaluzin DANIŞDI

Rusiya XİN İrəvanın Qərbə yönəlməsindən narahatdır? - Qaluzin DANIŞDI

Dünya

15 Fevral 2024, 12:44

"Ermənistanın təhlükəsizliyinin təmin edilməsi baxımından KTMT mexanizminə alternativ yoxdur".

 

Modern.az xəbər verir ki, bunu Rusiya XİN rəhbərinin müavini Mixail Qaluzin “İzvestiya”ya müsahibəsində deyib:

 

"KTMT-də qalmaq və təşkilat daxilində tam hüquqlu məsləhətləşmələrə, müzakirələrə qayıtmaq ilk növbədə Ermənistan xalqının və Ermənistan dövlətinin maraqlarına cavab verir. Cənubi Qafqazın gələcəyini bu regionun ümumi ev olduğu ölkələr müəyyən etməlidir. Onların arasında nə ABŞ, nə Fransa, nə də Aİ ölkələri var. Ona görə də biz qeyri-regional qüvvələrin, “qərblilərin” regiona cəlb edilməsini əks-məhsuldar hesab edirik ki, son vaxtlar rəsmi İrəvanın buna meylli olduğu bildirilir".

 

"Cənubi Qafqazda Qərbin maraqları Ermənistana Azərbaycanla münasibətləri normallaşdırmağa, davamlı sülh və sabitliyə nail olmaqda köməklik göstərməklə deyil, Rusiyanı bu prosesdən sıxışdırıb orada daha bir gərginlik mənbəyi yaratmaqla bağlıdır", - deyə Qaluzin iddia edib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə