Modern.az

Rusiyadan Bakı və İrəvana növbəti ÇAĞIRIŞ

Rusiyadan Bakı və İrəvana növbəti ÇAĞIRIŞ

Dünya

15 Fevral 2024, 12:50

Rusiya tərəfi hər zaman Ermənistan-Azərbaycan münaqişəsinin həllinin iki iştirakçısını təmas xəttində maksimum təmkinli olmağa çağırıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” qəzetinə müsahibəsində bildirib.
 

“Sərhəddə baş vermiş son hadisə ilə bağlı bir daha demək istəyirəm ki, biz hər iki tərəfi qarşılıqlı təmkinli olmağa çağırırıq ki, heç bir insident baş verməsin, xüsusilə də atışma, insan tələfatı və yaralanmalar olmasın. Təbii ki, belə hadisələr Ermənistan-Azərbaycan nizamlanmasının irəliləməsi üçün müsbət atmosferin yaradılmasına kömək edə bilməz”, - Qaluzin bildirib.


Nazir müavini bir daha vurğulayıb ki, Cənubi Qafqazın gələcəyini ABŞ, Fransa və ya Avropa İttifaqı deyil, region ölkələri həll etməlidir. O, Ermənistanı “Qərb qüvvələrini regiona cəlb etmək meylində” ittiham edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə