"Prezident Gürcüstanı öz iqamətgahının arxa bağçası hesab edir".
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkə parlamentinin spikeri Şalva Papuaşvili bildirib.
Spiker prezident Salome Zurabişvilinin hökumət administrasiyasından razılıq almadan Münhen Təhlükəsizlik Konfransında iştirakını belə şərh edib.
"O, Gürcüstanı orada təmsil etmir. Fərdi şəxs kimi orada olması bir daha göstərir ki, onu Gürcüstan Konstitusiyası, gürcü xalqı maraqlandırmır. O, Gürcüstanı öz iqamətgahının arxa bağçası hesab edir, burada özünü istədiyi kimi apara bilər", - Papuaşvili iddia edib.