Almaniya və Fransaya səfəri zamanı Ukrayna prezidenti Volodimir Zelenski Emmanuel Makron və Olaf Şolts ilə Ukrayna üçün ikitərəfli təhlükəsizlik sazişləri imzalayacaq.
Modern.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Məlumata görə, Yelisey Sarayı hələlik təfərrüatları açıqlamayıb.
Qeyd edilib ki, bu razılaşma 2023-cü ilin iyulunda Vilnüsdə NATO sammiti çərçivəsində G7 formatında qəbul edilmiş öhdəliklərdən irəli gəlir.