Modern.az

Prezident vətənə xəyanət etdi - Qaribaşvili Zurabişvilini tənqid atəşinə tutdu

Prezident vətənə xəyanət etdi - Qaribaşvili Zurabişvilini tənqid atəşinə tutdu

Dünya

15 Fevral 2024, 16:50

"Salome Zurabişvili vətənə xəyanət etdi. Biz hesab edirik ki, o, ölkəmizin maraqlarına xidmət etmir".

 

Modern.az "Sputnik Georgia"ya istinadən xəbər verir ki, bunu Gürcüstanın hakim "Gürcü Arzusu" Partiyasının sədri, sabiq baş nazir İrakli Qaribaşvili deyib.

 

Belə ki, Zurabişvili fevralın 16-18-də keçiriləcək Münhen Təhlükəsizlik Konfransında Gürcüstan hökumətinin razılığı olmadan iştirak etməyi planlaşdırır.

 

“O, bir neçə dəfə konstitusiyanı pozub və pozmaqda davam edir”, - Qaribaşvili əlavə edib.

 

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili də prezidentin ünvanına tənqidi fikirlər səsləndirib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə