Gürcüstan prezidenti Salome Zurabişvilinin 2023-cü ildə Avropa ölkələrinin liderləri ilə görüşlər keçirmək üçün 50 min lariyə qədər şəxsi vəsait xərcləyib.
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Zurabişvilinin deklarasiyasında qeyd olunub.
Qeyd olunub ki, Prezident səfərə dövlət büdcəsindən bir qəpik də xərcləməyib və Zurabişvili hökumət dəstəyi olmadan Gürcüstanın Avrointeqrasiyasını dəstəkləmək üçün səfər edib.
Bunun üçün hakim partiya onu impiçment etməyə çalışsa da, kifayət qədər səs toplanmayıb.