Ermənistanın müdafiə naziri Suren Papikyan da Almaniyaya işgüzar səfərə gedib.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, o, baş nazirin nümayəndə heyətinin tərkibində olub.
Qeyd edək ki, Paşinyan həyat yoldaşı ilə birgə Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün bu ölkəyə səfər edib.