Modern.az

Bu ölkə eynicinsli nikahları qanuniləşdirdi

Bu ölkə eynicinsli nikahları qanuniləşdirdi

Dünya

16 Fevral 2024, 10:58

Yunanıstan parlamenti eynicinsli nikahları qanuniləşdirən qanun qəbul edib.

 

Modern.az xəbər verir ki, səsvermədə 300 deputatdan 254-ü iştirak edib.

 

Qanunu 176 deputat dəstəkləyib, 76 deputat əleyhinə çıxıb, ikisi isə bitərəf qalıb. Yunanıstan eynicinsli nikahları qanuniləşdirən ilk pravoslav ölkə olub.

 

Qanunla eynicinsli cütlüklərə uşaq övladlığa götürməyə icazə verilib.

 

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis bildirib ki, təşəbbüs ölkə vətəndaşlarının həyatını yaxşılaşdıracaq. Mitsotakis əlavə edib ki, qanun “ata” və “ana” anlayışlarının “valideyn 1” və “valideyn 2” ilə əvəzlənməsini nəzərdə tutmur.

 

2015-ci ilin dekabrında Yunanıstan parlamenti ölkə vətəndaşlarının eynicinsli vətəndaş birliklərinə daxil olmasına icazə verən qanun layihəsini qəbul edib. Bu qanun eynicinsli birliklər məsələsində mülkiyyət və mirasla bağlı məsələləri həll etməyə imkan yaradıb, lakin belə cütlüklərin uşaqları övladlığa götürməsi məsələsini həll etməyib. Yunan Pravoslav Kilsəsinin Müqəddəs Sinodu eynicinsli cütlüklərin evlənməsinə və uşaqları övladlığa götürməsinə qarşı çıxıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə