Ukrayna prezidenti Volodimir Zelenski bu gün Münhen Təhlükəsizlik Konfransının başladığı Almaniyaya gəlib.
Modern.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Onun çıxışı sabah baş tutacaq, sonra isə Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronla görüşlər keçirəcəyi bildirilir.
“Qarşıda iki mühüm gün var. Almaniya və Fransadakı tərəfdaşlarla görüşlər, yeni razılaşmalar və Münhen Təhlükəsizlik Konfransında iştirak nəzərdə tutulur. Ukraynanın yeni təhlükəsizlik arxitekturası, yeni imkanlar. Biz ədalətli şərtlərlə müharibəni mümkün qədər tez bitirmək və etibarlı sülhü təmin etmək üçün hər şeyi edirik”, - Zelenski X sosial şəbəkəsində açıqlamasında bildirib.