Amerikalı milyarder Corc Sorosun oğlu, 38 yaşlı Aleks 47 yaşlı Huma Abedinlə görüşür.
Modern.az xəbər verir ki, cütlük sevgilərini sosial şəbəkədə Sevgililər günü üçün paylaşımla açıqlayıb.
Aralarında 9 yaş fərqi olan cütlüyün paylaşımı böyük izləyici marağı doğurub
Keçən il atasının 25 milyard dollarlıq imperiyasını ələ keçirən Aleks Sorosun sevgilisi ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun baş köməkçisi olub.
H.Klintonun 2016-cı il prezidentlik kampaniyasında sədr müavini vəzifəsində çalışmış Huma Abedin əvvəllər rüsvay olmuş keçmiş konqresmen Entoni Veynerlə evli idi. O, 2017-ci ildə keçmiş ərinin 15 yaşlı qızla seksual əlaqədə olduğunu biləndən sonra boşanb.