Modern.az

Mirzoyan həmkarı ilə Cənubi Qafqazdan DANIŞDI

Mirzoyan həmkarı ilə Cənubi Qafqazdan DANIŞDI

Dünya

16 Fevral 2024, 15:08

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Münhendə Toqonun xarici işlər, Afrika inteqrasiyası və diaspor naziri Robert Duçe ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

 

Tərəflər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və siyasi dialoqun intensivləşdirilməsi imkanlarını müzakirə edib, hər iki tərəfin hazır olduğunu bildiriblər. Müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət və mədəniyyət sahələrində əlaqələrin inkişaf etdirilməsi, bunun üçün zəruri hüquqi bazanın formalaşdırılması, qarşılıqlı səfərlərin yüksək səviyyədə təşkilində qarşılıqlı maraq vurğulanıb.

 

Ermənistan və Toqonun xarici işlər nazirləri beynəlxalq platformalarda əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Görüşdə Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti də müzakirə olunub. Mirzoyan cari çağırışları və onların aradan qaldırılmasında Ermənistan tərəfinin baxışını təqdim edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə