Modern.az

Tovuzdakı torpaq sürüşməsində bir ailə həlak olub (yenilənib)

Tovuzdakı torpaq sürüşməsində bir ailə həlak olub (yenilənib)

Ölkə

27 Aprel 2010, 13:50

Fövqəladə Hallar Nazirliyi aprelin 27-də səhər saat 06:00 radələrində Tovuz rayonunun Qəribli kəndində baş vermiş torpaq sürüşməsi ilə bağlı məlumat yayıb. Nazirlik bildirib ki, hadisə nəticəsində bir fərdi ev torpaq altında qalıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edildiyi, aidiyyəti qurumların məlumatlandırıldığı bildirilir.
İlkin məlumata görə, hadisə nəticəsində torpaq altında qalmış evdə bir ailənin 4 üzvü (1964-cü il təvəllüdlü Əkbər Oruc oğlu Məmmədov, 1967-ci il təvəllüdlü Növrəstə Abbas qızı Məmmədova, 1989-cu il təvəllüdlü Azadə Əkbər qızı Məmmədova və 1990-cı il təvəllüdlü Lalə Əkbər qızı Məmmədova) olub. Ə.Məmmədovun və N.Məmmədovanın cəsədlərinin kənd sakinləri tərəfindən uçqun altından çıxarıldığı bildirilib.

***
Fövqəladə Hallar Nazirliyi günün sonunda hadisə ilə bağlı yeni məlumat yayıb. Bildirilib ki, nazirliyin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri, eyni zamanda, Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloqları və xilasediciləri Aviasiya dəstəsinin vertolyotu ilə zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Torpaq sürüşməsi nəticəsində torpaq altında qalmış evin dağıntıları altından 5 nəfərin cəsədi çıxarılıb.
1964-cü il təvəllüdlü Əkbər Oruc oğlu Məmmədovun və 1967-ci il təvəllüdlü Növrəstə Abbas qızı Məmmədovanın cəsədləri yerli sakinlər, 1989-cu il təvəllüdlü Azadə Əkbər qızı Məmmədovanın, 1990-cı il təvəllüdlü Jalə Əkbər qızı Məmmədovanın və 2010-cu il təvəllüdlü Vüsalə Oqtay qızı Qasımovanın cəsədləri isə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən tapılaraq dağıntılar altından çıxarılıb.

Modern.az
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür