Modern.az

NATO ilə Rusiya arasında müharibə olmayacaq - Şolts

NATO ilə Rusiya arasında müharibə olmayacaq - Şolts

Dünya

18 Fevral 2024, 09:57

NATO ilə Rusiya arasında müharibə olmayacaq.

 

Modern.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts “Süddeutsche Zeitung” (SZ) qəzetinə müsahibəsində deyib.

 

“Biz Ukraynanı dəstəkləyirik, çünki o, həm də təhlükəsizliyimiz deməkdir. Eyni zamanda, biz NATO ilə Rusiya arasında müharibənin başlamasına imkan verməyəcəyik”, - deyə siyasətçi bildirib.

 

Şolts qeyd edib ki, Almaniya öz hərəkətlərini müttəfiqləri, ilk növbədə ABŞ ilə sıx əlaqələndirir.

 

Kansler qeyd edib ki, uzunmüddətli perspektivdə Almaniya müdafiəyə daha çox pul xərcləmək məcburiyyətində qalacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə