Modern.az

Türkiyədə avtobus aşdı - 15 nəfər xəsarət aldı

Türkiyədə avtobus aşdı - 15 nəfər xəsarət aldı

Dünya

18 Fevral 2024, 11:27

Türkiyədə ağır yol qəzası baş verib.

 

Modern.az-ın “Haber Global”a istinadən məlumatına görə, hadisə Adananın Yüreğir rayonunda qeydə alınıb. Belə ki, təsərrüfatı işçilərini daşıyan avtobusun səkiyə çırpılaraq aşması nəticəsində 15 nəfər yaralanıb.

 

Hadisə yerinə polis, təcili yardım və xilasedicilər cəlb edilib.

 

Yaralılar təcili yardımla şəhərdəki xəstəxanalara çatdırılıb. Onların həyati üçün təhlükənin olmadığı bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə