Modern.az

300 mindən çox ukraynalı qaçqın Almaniyanı tərk edib

300 mindən çox ukraynalı qaçqın Almaniyanı tərk edib

Dünya

21 Fevral 2024, 12:16

300 mindən çox ukraynalı qaçqın Almaniyanı tərk edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.

 

Rusiyanın Ukraynaya hücumu başlayandan sonra Almaniyaya 1,143 milyon ukraynalı (bunlardan 682 mini qadınlar, 458 mini kişilər, 350 mini azyaşlılar) gəlib.

 

AFP-nin Əcnəbilərin Mərkəzi Reyestrinə istinadən verdiyi məlumata görə, təxminən iki ildən sonra əmək qabiliyyətli ukraynalıların 21 faizi Almaniyada işləyir, təxminən üçdə biri isə ölkəni tərk edib.

 

Agentlik qeyd edib ki, Almaniyanın qonşu ölkələrində - Danimarka və Niderlandda məşğulluq səviyyəsi xeyli yüksəkdir. Federal Əmək Nazirliyinin sözçüsü 2022-ci ildə Almaniyada sorğuda iştirak edən ukraynalıların 70 faizindən çoxunun ali təhsilli olduğunu bildirib.

 

2024-cü ildə qüvvəyə minən "JobTurbo" qaçqınların məşğulluğu proqramı hələ nəzərə çarpan nəticələr verməsə də, yanvar ayında Almaniyada ümumi işsizlik rəqəmləri azalıb. Təkcə yanvar ayında 124 min ukraynalı inteqrasiya kurslarında iştirak edib, onların dörddə üçü növbəti altı ayda kursu bitirəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə