Modern.az

Ermənistandan Rusiyaya işləməyə gedənlərə vergi güzəştləri

Ermənistandan Rusiyaya işləməyə gedənlərə vergi güzəştləri

21 Fevral 2024, 14:16

Ermənistanın Dövlət Gəlirləri Komitəsi Rusiyaya işləmək üçün gedən vətəndaşlar üçün vergi güzəştləri məsələsini müzakirə edir.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu qurumun rəhbəri Rustam Badasyan parlamentdə jurnalistlərə bildirib:

 

"O cümlədən, vətəndaşlar tərəfindən 13%-lik gəlir vergisindən əlavə, ikiqat vergitutma müqavilələrinin obyekti olmayan digər ödənişlərin də həyata keçirilməsi halları ilə bağlı tədbirlər hazırlanır".

 

Badasyan bəyan edib ki, fiskal baxımdan bu vergilər vergi orqanları üçün o qədər də maraqlı deyil - bunlar ölkəyə böyük gəlirlər gətirəcək məbləğlər deyil.

 

Bildirilib ki, yekun qərar qəbul olunana qədər vətəndaşlara qarşı heç bir tədbir görülməyəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...