Modern.az

Avdeyevkada 1000-ə qədər ukraynalı əsir və itkin düşüb

Avdeyevkada 1000-ə qədər ukraynalı əsir və itkin düşüb

Dünya

21 Fevral 2024, 14:28

Avdeyevka şəhərindən  geri çəkilmə zamanı Ukrayna Silahlı Qüvvələrinin 1000-ə qədər əsgərinin əsir və ya itkin düşdüyü barədə məlumat yayılıb.

Modern.az xəbər verir ki, bu barədə Amerikanın “Nyu-York Tayms” qəzeti yazıb.


“850-dən 1000-ə qədər əsgər əsir düşmüş və ya döyüşdə itkin düşmüş kimi görünür”, – qəzet geri çəkilmə barədə məlumatı olan iki əsgərə istinadən bildirib.

Qəzetin mənbələrinə görə, Ukraynanın Avdeyevkadan geri çəkilməsi pis planlaşdırılıb və çox gec başlayıb. Eyni zamanda, Amerika rəsmiləri nəşrə bildiriblər ki, Ukraynanın Avdeyevkanı itirməsi əhəmiyyətli strateji məğlubiyyət deyil.

Fevralın 17-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Avdeyevkanı tərk etmək əmri verib.

Fevralın 17-də hücum əməliyyatları zamanı Rusiya Ordusunun “Mərkəz” qoşunlar qrupunun bölmələri Avdeyevkanı tamamilə ələ keçirərək, 8,6 kilometr dərinliyə qədər irəliləyib.

Zzəbt olunmuş ərazinin ümumi sahəsi 31,75 kvadrat kilometr təşkil edib. Rusiya Müdafiə Nazirliyi ukraynalıların 1,5 mindən çox əsgər itirdiyini iddia edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə