Ermənistanın yeni iqtisadiyyat naziri çox güman ki, AİK-in keçmiş sənaye və kənd təsərrüfatı naziri Artak Kamalyan olacaq.
Modern.az xəbər verir ki, bunu "Hraparak" yazıb.
Qeyd olunub ki, hakimiyyət Vahan Kerobyan üçün münasib əvəz tapmayıb və Avrasiya İqtisadi Komissiyasında Artak Kamalyanın səlahiyyət müddəti bir neçə gün əvvəl başa çatıb.
"Paşinyan bütün həftə adları mediada hallanan deputat Gevorq Papoyan və Babken Tunyanı parlamentdən nazirliyə transfer etmək istəmir. Buna görə də hazırkı mərhələdə Kamalyan potensial namizəd hesab olunur", - nəşr iddia edir.