Modern.az

Navalnının arvadı siyasi karyera üçün ərinin ölümünü gözləyirmiş - Medvedev

Navalnının arvadı siyasi karyera üçün ərinin ölümünü gözləyirmiş - Medvedev

22 Fevral 2024, 16:04

Aleksey Navalnının dul arvadı Yuliya siyasi karyerasına başlamaq üçün ərinin ölümünü gözləyirmiş.


Modern.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
 

“Navalnının dul arvadının gülən xoşbəxt üzünə baxın. Görünür, o, bütün bu illər ərzində siyasi həyatını inkişaf etdirmək üçün bu hadisəni gözləyirmiş”, - Medvedev “Ria Novosti”yə müsahibəsində deyib.

O qeyd edib ki, Aleksey Navalnı haqqında yaxşı heç nə deyə bilməz.

Bundan əvvəl Yuliya 60-cı Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı ərinin işini və mübarizəsini davam etdirəcəyini bildirmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə