Modern.az

Paşinyan Fransa baş naziri və Paris meri ilə GÖRÜŞÜB

Paşinyan Fransa baş naziri və Paris meri ilə GÖRÜŞÜB

Dünya

22 Fevral 2024, 16:48

Fransada işgüzar səfərdə olan Ermənistan baş naziri Nikol Paşinyan Paris meri Ann Hidalqo ilə görüşüb.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüş zamanı İrəvan və Paris arasında müxtəlif sahələrdə əməkdaşlığın gələcək inkişafı ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

 

Ann Hidalqo qeyd edib ki, Paris İrəvanla, o cümlədən müxtəlif beynəlxalq platformalar çərçivəsində əməkdaşlığı ardıcıl olaraq inkişaf etdirməyə və gücləndirməyə hazırdır.

 

Paşinyan həmçinin Fransanın Baş naziri Qabriel Attal ilə görüşüb: "Fransaya işgüzar səfərimi Fransanın Baş naziri Qabriel Attal ilə görüşlə başa vurdum. Biz iqtisadi sahədə əməkdaşlığın ardıcıl inkişafı və möhkəmləndirilməsi ilə bağlı bir sıra məsələləri müzakirə etdik".

 

Paşinyan Qabriel Attalı Ermənistana rəsmi səfərə dəvət edib. Fransanın baş naziri dəvəti qəbul edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə