Ermənistanın Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı dondurulub.
Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində deyib.
"Kollektiv təhlükəsizlik müqaviləsi, fikrimizcə, Ermənistana münasibətdə, xüsusən 2021-2022-ci illərdə həyata keçirilməyib... Biz bu müqavilədə iştirakımızı dondurmuşuq”, - o qeyd edib.
Paşinyan bildirib ki, Ermənistanda Rusiya hərbi bazasının saxlanması məsələsinin müzakirəsi gündəmdə deyil.