Modern.az

Ermənistan XİN və İsrail səfiri arasında Njde QALMAQALI

Ermənistan XİN və İsrail səfiri arasında Njde QALMAQALI

23 Fevral 2024, 10:16

Ermənistan Xarici İşlər Nazirliyi İsrail səfirinin İrəvanda "erməni xalqının milli qəhrəmanı" hesab olunan faşist Qaregin Njdenin abidəsi önündə keçirilən mitinqlə bağlı açıqlamasına münasibət bildirib.

 

Modern.az xəbər verir ki, məsələ ilə bağlı "Sputnik Armenia" XİN-ə sorğu göndərib.

 

Ermənistan Xarici İşlər Nazirliyinin sorğuya cavabında deyilir: “Ermənistanda akkreditə olunmuş xarici diplomatlar qəbul edən ölkənin hökumətinə və xalqına aidiyyatı olmayan bu cür təxribatlara yol verməməli və hörmət göstərməlidirlər".

 

Qeyd edək ki, aksiya 2024-cü il yanvarın 1-də Njdenin doğum günündə baş tutub. Həmin gün İsrail səfiri sosial şəbəkələrdə bunu nasistlərlə əməkdaşlıq edən Qaregin Njdenin tərənnümü adlandırıb və əlavə edib ki, Ermənistan hakimiyyəti neonasizmin və antisemitizmin istənilən formasına qarşı qəti mövqe tutmalıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə