Avropa Parlamenti gələn həftə keçiriləcək plenar iclasda Ermənistanla viza rejiminin liberallaşdırılmasına dair qətnaməni müzakirə edəcək.
Modern.az xəbər verir ki, bunu Almaniya parlamentinin deputatı Viola fon Kramon “Armenpress”ə müsahibəsində bildirib.
Deputat qeyd edib ki, onlar Ermənistanın nə vaxtsa Avropa İttifaqının bir hissəsi olmasını çox istəyirlər və indi həm viza rejiminin liberallaşdırılması məsələsində irəliləyiş şansı var.
"Eyni zamanda, bəzi Aİ ölkələrində Ermənistanla bağlı narahatlıqlar var", - deyə fon Kramon etiraf edib. O, erməni diplomatlara buna şübhə edənləri inandırmağı tövsiyə edib. Deputat söhbətin hansı ölkələrdən getdiyini açıqlamayıb.