"KTMT Katibliyinə İrəvandan təşkilata üzvlüyün dayandırılması ilə bağlı heç bir açıqlama daxil olmayıb".
Modern.az RİA-ya istinadən xəbər verir ki, bu barədə təşkilatın katibliyindən bildirilib.
“Paşinyanın Ermənistanın KTMT-də iştirakının dondurulması ilə bağlı tezisi, görünür, təşkilatın tədbirlərində iştirak etməməyə işarə edir”, - deyə qeyd olunub.
Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan "France24"ə müsahibəsində İrəvanın KTMT-də iştirakını dondurduğunu açıqlamışdı.