Modern.az

Sülh olsa da, silah-sursat almağa davam edəcəyik - Papikyan

Sülh olsa da, silah-sursat almağa davam edəcəyik - Papikyan

23 Fevral 2024, 12:02

"Azərbaycanla sülh müqaviləsi bağlandıqdan sonra regionun necə olacağından asılı olmayaraq Ermənistan Silahlı Qüvvələri müdafiə silahları və sursatları almağa davam edəcək".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Suren Papikyan fransalı həmkarı ilə birgə keçirdiyi brifinqdə deyib.

 

O qeyd edib ki, Ermənistan öz ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün silah alır: "Bu silahlar heç bir ölkəyə qarşı yönəlməyib".

 

"...Təbii ki, regionda eskalasiya təhlükəsi var... Bu mənada Ermənistan özünü qorumağa borcludur", - Papikyan iddia edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə