Modern.az

Ermənistan silahları dost və müttəfiqləri üçün almır - Papikyan

Ermənistan silahları dost və müttəfiqləri üçün almır - Papikyan

23 Fevral 2024, 12:24

"Ermənistan öz səmasını qorumaq üçün hava hücumundan müdafiə sistemləri alır".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Suren Papikyan fransalı həmkarı ilə keçirdiyi brifinqdə deyib.

 

Papikyan İrəvanın Fransanın hava hücumundan müdafiə sistemlərini almasının Ermənistan-Rusiya birgə hava hücumundan müdafiə sistemi ilə müqayisəsi ilə bağlı sualı cavablandırıb.

 

O qeyd edib ki, İrəvan heç bir müttəfiqi, dost və ya tərəfdaşı üçün silah almır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə