Modern.az

Papikyan Rusiyadan Fransa və İran kimi davranmağı gözləyir

Papikyan Rusiyadan Fransa və İran kimi davranmağı gözləyir

23 Fevral 2024, 12:46

"Fransa və İran İrəvanın digər tərəfdaşlarla əməkdaşlıq hüququna hörmətlə yanaşır, rusiyalı həmkarlar da eyni cür hərəkət etməlidir".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan fransalı həmkarı ilə keçirdiyi brifinqdə deyib.

 

Papikyan Fransa ilə əməkdaşlığın İrəvanın KTMT çərçivəsində öhdəliklərinə zidd olmadığı və İranın mövqeyinin nəzərə alınıb-alınmaması sualına cavab verib.

 

Onun sözlərinə görə, Ermənistan diversifikasiya vəzifəsini qarşısına qoyub.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə