Modern.az

3-cü Dünya müharibəsinin qarşısını yalnız mən ala bilərəm! - Tramp

3-cü Dünya müharibəsinin qarşısını yalnız mən ala bilərəm! - Tramp

23 Fevral 2024, 12:57

ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Ukrayna ətrafındakı münaqişəni qısa müddətdə həll edə biləcəyini bildirib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Tennessi ştatındakı xristian konfransında deyib:
 

“Mən vəzifəyə başlama ərəfəsində güc yolu ilə sülhü bərpa edəcəyik. Seçkidə qalib gələndən sonra tezliklə Rusiya və Ukrayna arasında nizamlanmaya nail olacağam”.

Tramp deyib ki, Üçüncü Dünya müharibəsinin başlanmasının qarşısını yalnız o ala bilər. “Biz III Dünya Müharibəsinə çox yaxınıq”, - eks-prezident vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə