Modern.az

Rusiyaya qarşı 13-cü sanksiya paketinə 194 fiziki və hüquqi şəxs daxildir

Rusiyaya qarşı 13-cü sanksiya paketinə 194 fiziki və hüquqi şəxs daxildir

23 Fevral 2024, 13:40

Avropa İttifaqının Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketinə 106 fiziki və 88 hüquqi şəxs daxildir.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir.

 

“Bu gün razılaşdırılan yeni siyahılar ilk növbədə hərbi və müdafiə sektorlarına və əlaqəli şəxslərə, o cümlədən Şimali Koreyadan Rusiyaya silah tədarükü ilə məşğul olan şəxslərə, habelə məhkəmə orqanlarının nümayəndələrinə, yerli siyasətçilərə və ukraynalı uşaqların qanunsuz deportasiyasına görə məsul şəxslərə yönəlib”, - bəyanatda deyilir.

 

Qeyd edək ki, bu, sayca 13-cü sanksiya paketidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...