Modern.az

15 yaşlı qız erkən nikahın qurbanı oldu 

15 yaşlı qız erkən nikahın qurbanı oldu 

Ölkə

28 Fevral 2024, 19:37

Azərbaycanda 15 yaşlı qıza fiziki zorakılıq edilib. 

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

 

O qeyd edib ki, həmin qız erkən nikahın qurbanı olub.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev bildirib ki, Suraxanı RPİ nin 31-ci Polis Bölməsində təhqiqat araşdırması aparılır.

 

Yetkinlik yaşına çatmayan şəxs sığınacağa yerləşdirilib.

 

Xəsarətlərın dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.

 

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat