Modern.az

"Beşiktaş"dan inamlı qələbə 

İdman

28 Fevral 2024, 23:52

Türkiyə Kubokunda yarımfinala vəsiqə qazanan növbəti komandanın adına aydınlıq gəlib.

 

Modern.az xəbər verir ki, 1/4 finalda "Beşiktaş" və "Konyaspor" komandaları üz-üzə gəliblər. Görüş "qara qartallar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Hesabı 32-ci dəqiqədə Salih Uçan açıb. Matçın yekun nəticəsini 58-ci dəqiqədə Cenk Tosun müəyyənləşdirib.

 

Bununla da İstanbul nəhəngi adını yarımfinala yazdırıb.

 

Qeyd edək ki, daha əvvəl "Fənərbağça" və "Trabzonspor" komandaları yarımfinala vəsiqə qazanıblar.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə