Modern.az

Kriştiano Ronaldo cəzalandırıldı

Kriştiano Ronaldo cəzalandırıldı

İdman

29 Fevral 2024, 11:08

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun nalayiq davranışı araşdırılıb.

 

Modern.az xəbər verir ki, “Əl-Şəbab”la yerli çempionat matçında 39 yaşlı hücumçu rəqib azarkeşlərə nalayiq jest edib.

 

O, azarkeşlərin Lionel Messi ilə bağlı şüarlarına təhqiramiz reaksiya verib.

 

Etika və İntizam Komitəsi portuqaliyalı futbolçunu bir oyunluq diskvalifikasiya edib. Bundan əlavə, Kriştiano 2400 avro cərimələnib.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı çempionatının cari mövsümündə Ronaldo 20 oyun keçirib, 22 qol vurub və 9 məhsuldar ötürmə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə