Modern.az

Fransada Makronun impiçmentinə çağırış elan edildi

Fransada Makronun impiçmentinə çağırış elan edildi

Dünya

29 Fevral 2024, 11:14

Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo X sosial şəbəkəsindəki səhifəsində Ukraynaya mümkün qoşun göndərilməsi ilə bağlı sözlərindən sonra parlamentariləri prezident Emmanuel Makronu impiçment (etimadsızlıq göstərmək) etməyə çağırıb.


Modern.az-ın məlumatına görə, siyasətçi bu haqda belə yazıb:
 

"Makron Fransanı müharibəyə sürükləmək istəyir, o, 3-cü Dünya Müharibəsini başlamağa risk edir. Makron dəli olub, satılıb, Fransaya nifrət edir, onu dayandırmaq lazımdır!”.

Florian Filippo parlamentariləri milli petisiyaya qoşulmağa çağırıb ki, Makronun impiçmenti ilə bağlı səsvermənin keçirilməsini tələb etsinlər.

O, həmçinin partiyasının saytında dərc edilmiş petisiyaya keçidi də yazısına əlavə edib.
 

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron bildirmişdi ki, Fransa Rusiyanın Ukraynadakı müharibədə qalib gəlməsinin qarşısını almaq üçün hər şeyi edəcək. Onun sözlərinə görə, Qərb ölkələrinin liderləri Ukraynaya qoşun yeritmək imkanlarını müzakirə ediblər, lakin hələlik konsensus əldə olunmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə