Modern.az

"Beşiktaş" - "Qalatasaray" matçını bu hakim idarə edəcək

İdman

29 Fevral 2024, 13:50

Türkiyə Super Liqasının 28-ci həftəsində keçiriləcək qarşılaşmaların hakim heyəti bəlli olub.

 

Modern.az xəbər verir ki, "Beşiktaş" - "Qalatasaray" derbisini baş hakim Halil Umut Meler idarə edəcək.

 

Melerin köməkçiləri Mustafa Emre Eyisoy və Kerem Ersoy olacaq. Matçın 4-cü hakimi Bahattin Şimşəkdir.

 

Qarşılaşma martın 3-ü Bakı vaxtı ilə saat 20:00-da Tüpraş Stadionunda baş tutacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə