Modern.az

Keçmiş namizədin qərargah üzvləri saxlanılıb

Keçmiş namizədin qərargah üzvləri saxlanılıb

Dünya

1 Mart 2024, 12:24

Rusiyada prezidentliyə namizədliyi qeydə alınmayan müharibə əleyhdarı siyasətçi Boris Nadejdinin qərargahın koordinatoru və daha üç nəfər Voroneji tərk edərkən saxlanılıb.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, məlumatı onların vəkili verib.

 

Belə ki, Voronejdən çıxışda polis Boris Nadejdinin yerli qərargahının koordinatoru Pavel Sıçev və daha üç nəfərin olduğu avtomobili saxlayıb.

 

Qeyd edək ki, Nadejdin MSK-nın qərarını məhkəmədə mübahisələndirsə də, nəticə əldə olunmayıb.

 

 

Bu xəbər ilə bağlı
Qeydə alınmayan namizəd barəsində protokol tərtib oluna bilər - YENİLƏNİB
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə