Modern.az

“Sülhə çox tez nail olmaq mümkündür” - Erməni vitse-spiker

“Sülhə çox tez nail olmaq mümkündür” - Erməni vitse-spiker

Dünya

1 Mart 2024, 13:42

“Bakının hazır olduğunu göstərəcəyi təqdirdə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması mümkündür”.
 

Modern.az xəbər verir ki, bunu Antalya Diplomatik Forumu çərçivəsində Cənubi Qafqazda sülhün bərqərar olması mövzusunda panel müzakirəsi zamanı Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bildirib.
 

Onun sözlərinə görə, Ermənistan öz tərəfindən sülhə nail olmaq üçün mümkün hər şeyi edir.

“Ümid edirik ki, Azərbaycanın mövqeyi dəyişəcək və lazımi nəticələr əldə edə biləcəyik. Ondan sonra yalnız texniki işləri başa çatdırmaq qalır”, - Rubinyan deyib.

O xatırladıb ki, Ermənistan və Azərbaycan sülhün əsas prinsipləri üzrə artıq razılığa gələ biliblər - bu, Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünün tanınması, bu bəyannamə əsasında dövlət sərhədinin demarkasiyası və delimitasiyası, regional kommunikasiyaların blokunun suverenlik prinsipinə əsaslanan açılışıdır.

“Əgər iki ölkə başçılarının artıq razılaşdığı prinsipləri sazişə daxil edə bilsək, o zaman sülhə çox tez nail olmaq mümkündür”, - Rubinyan bildirib.

O, həmçinin bəyan edib ki, Ermənistanın Azərbaycandan heç bir ərazi iddiası yoxdur.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə