Modern.az

Rusların aeroportdan çıxarılması çirkin manipulyasiyadır - Mamicanyan

Rusların aeroportdan çıxarılması çirkin manipulyasiyadır - Mamicanyan

Dünya

1 Mart 2024, 16:12

"Ermənistan rəhbərliyinin Rusiya sərhədçilərinin İrəvandakı Zvartnots aeroportundan çıxarılması ilə bağlı söhbəti çirkin manipulyasiyadır".

 

Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan jurnalistlərə bildirib.

 

O əlavə edib ki, hakimiyyətdən fərqli olaraq, sərhədçilərin hansı əsasda yerləşdirildiyini yaxşı başa düşür:

 

"Bu, xarici Avrasiya sərhədi və KTMT-nin xarici sərhədidir".

 

Qeyd edək ki, Ermənistan hakimiyyətinin təmsilçiləri müxtəlif səviyyələrdə Rusiya sərhədçilərinin hava limanından çıxarılmasının zəruriliyi barədə danışıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...