Modern.az

Tualetdə çox oturanların nəzərinə: Sağlamlığınız təhlükədədir!

Tualetdə çox oturanların nəzərinə: Sağlamlığınız təhlükədədir!

Dünya

4 Mart 2024, 14:22

Tualetdə oturmaq və telefonla vaxt keçirmək çoxlarının ən böyük "zövq"lərindəndir.

 

Modern.az xəbər verir ki, həkimlərin fikrincə, bu "həzzi" çox uzatmamaq daha yaxşı olardı.

 

Belə ki, tualetdə heç vaxt edilməməli olan şeylər siyahısında birinci yerdə "unitazda beş dəqiqədən çox oturmaq" yazılıb.

 

Kifayət qədər su içməmək və ya sulu qida qəbul etməmək qəbizliyə, çətin defekasiyaya, ardınca dartmalara, hemoroidlərə və s. səbəb olur. Məlum olub ki, tualetdə uzun müddət oturmaq da bağırsaq sağlamlığınıza zərər verə bilər. Bunun səbəbi tualetdə oturmağın hemoroidal damarları çəkən və onları ağırlaşdıran vakuum effektinə malik olmasıdır.

 

"Beş dəqiqə ərzində bağırsaq hərəkətini bitirməmisinizsə və ya başlamamısınızsa, yenidən tualetə getmək istəyini hiss etdiyiniz zaman ayağa qalxın və yenidən cəhd edin", - deyə qeyd olunub.

 

"Amma tualetdə uzun müddət oturmayın.Təbii ki, bu müddət dəyişir və bağırsaq xəstəlikləri olan insanlar, əməliyyatdan çıxanlar və s. fərdlər üçün fərqlidir. Amma sağlam insanlar mütləq yarım saat tualetdə qalmamalıdır”, - deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir