Modern.az

Papikyan yunan həmkarı ilə görüşdü

Papikyan yunan həmkarı ilə görüşdü

Dünya

4 Mart 2024, 15:20

Ermənistanın müdafiə naziri Suren Papikyan İrəvana rəsmi səfərə gəlmiş Yunanıstan milli müdafiə naziri Nikolaos Dendias ilə təkbətək söhbət edib, daha sonra geniş tərkibdə nümayəndə heyətləri ilə görüş keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

 

Görüşdə Ermənistan və Yunanıstan arasında müdafiə sahəsində əməkdaşlığın gedişatı müzakirə edilib, 2023-cü ilin dekabrında Afinada əldə olunmuş razılaşmalar istiqamətində görülən işlər və bir sıra yeni əməkdaşlıq istiqamətləri müəyyən edilib.

 

İki ölkə hökumətləri arasında Hərbi-Texniki Əməkdaşlıq haqqında Saziş ratifikasiya edildikdən sonra hərbi-texniki əməkdaşlığa yeni təkan verilməsi barədə razılıq əldə olunub.

 

Görüş zamanı tərəflər regional təhlükəsizlik məsələləri ilə bağlı da fikir mübadiləsi aparıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir