Modern.az

İslandiya prezidenti Gürcüstandadır

İslandiya prezidenti Gürcüstandadır

Dünya

5 Mart 2024, 10:36

İslandiya Prezidenti Qudni Yohannesson Gürcüstana rəsmi səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.

 

Nümayəndə heyətini hava limanında Gürcüstan Prezident Administrasiyasının rəhbəri Natia Sulava və xarici işlər naziri İlya Darçiaşvili qarşılayıblar.

 

Səfər çərçivəsində Yohannessonun Orbeliani sarayında həmkarı Salome Zurabişvili ilə, Gürcüstanın baş naziri İrakli Kobaxidze və parlamentin sədri Şalva Papuaşvili ilə görüşləri də nəzərdə tutulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat