Modern.az

Ukrayna Rusiya üçün sürprizlər hazırlayıb

Ukrayna Rusiya üçün sürprizlər hazırlayıb

Dünya

6 Mart 2024, 00:25

Ukrayna silahlı qüvvələri Rusiya üçün bir neçə sürpriz hazırlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

 

O qeyd edib ki, ABŞ sürprizlərin nəticələrini səbirsizliklə gözləyir. Sözçü başqa təfərrüatları açıqlamayıb.

 

“Biz inanırıq ki, Ukraynanın döyüş meydanında qələbə qazanmaq üçün həyata keçirə biləcəkləri planı var. Beləliklə, onların bir neçə sürpriz olduğuna inanırıq. Biz nəticələri səbirsizliklə gözləyirik”, - Dövlət Departamentinin nümayəndəsi brifinqdə bildirib.

 

O vurğulayıb ki, Ukrayna bundan əvvəl də “döyüş meydanında böyük qələbələr” qazanıb.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat