Martın 6-da Rusiya silahlı qüvvələri Odessanı raket atəşinə tutub, nəticədə həlak olan və yaralananlar var.
Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə mətbuat konfransı zamanı bildirib.
“Biz bu gün bu atəşi gördük. Bilirəm ki, həlak olan və yaralananlar var”, - deyə Zelenski qeyd edib.
Yunanıstanın Baş naziri deyib ki, partlayış zamanı Ukrayna Prezidenti ilə birlikdə Odessa limanında olub.
“Biz limanda idik. Prezident Zelenski limanın əhəmiyyəti və onun bərpası üçün görüldüyü işlər barədə danışırdı. Xüsusilə, limanın hücumlar nəticəsində hansı dağıntılara məruz qaldığını gördük. Səfərin sonunda hava həyəcanı və yanımızda güclü partlayışlar eşitdik. Bu, heyrətamiz hadisədir. Başa düşürük ki, bu müharibə hər kəsə aiddir və heç kəsə aman vermir”, - deyə Baş nazir vurğulayıb.