Modern.az

Təhlükəsizlik arxitekturası regionun özündə formalaşmalıdır - İran MN başçısı

Təhlükəsizlik arxitekturası regionun özündə formalaşmalıdır - İran MN başçısı

Dünya

7 Mart 2024, 11:28

İranın müdafiə naziri Məhəmməd Rza Aştiani ermənistanlı həmkarı Suren Papikyanla Tehranda keçirdiyi görüşdə regiondan kənarda təhlükəsizlik axtarışlarının "əks nəticə verəcəyini" bəyan edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

"Təhlükəsizlik arxitekturası regionun özündə formalaşmalıdır, əks halda region bütün nəticə və təhdidlərlə fövqəldövlətlər arasında münaqişə meydanına çevriləcək", - nazir belə deyib.

 

“Biz regionun əcnəbilər üçün rəqabət meydanına çevrilməsinə imkan verməməliyik ki, bu da bütün region ölkələrinin təhlükəsizliyinə və sabitliyinə təsir edəcək”, - İranın müdafiə naziri iddia edib.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat