Modern.az

Rusiya Ukraynada döyüşən 700 muzdlunu axtarışa verib

Rusiya Ukraynada döyüşən 700 muzdlunu axtarışa verib

Dünya

7 Mart 2024, 13:56

Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşən 700-dən çox əcnəbi muzdlu axtarışa verilib, onlardan bəziləri haqda qiyabi həbs cəzası çıxarılıb.

Modern.az xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Donetskdə əməliyyat müşavirəsi zamanı deyib.

“Alınan sübutlar əsasında Niderland, Yeni Zelandiya, Norveç, Polşa və Rumıniya vətəndaşlarının Rusiya Federasiyası Cinayət Məcəlləsinin 359-cu maddəsinin 3-cü hissəsi (muzdluluq) ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarlar qəbul edilib. Hazırda 700 əcnəbi axtarışa verilib, onlardan bəziləri qiyabi həbs edilib”, - deyə o bildirib.

Müşavirədə Bastrıkinə məhkəməyə göndərilməsi və qiyabi məhkum edilməsi üçün bu kateqoriyadan olan cinayət işləri üzrə məruzə də təqdim edilib. Bunlara Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşən Gürcüstan vətəndaşları Laşa Ruxai, Levon Ayrapetyan və Erekle Amiranaşviliyə qarşı üç iş daxildir.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat